Qənirə Paşayeva bütün Türk dünyasına çağırış etdi

Qənirə Paşayeva bütün Türk dünyasına çağırış etdi

Türk Dünyası istiqamətində fəaliyyəti ilə bağlı mükafatlandırılan millət vəkili Q.Paşayeva bütün Türk dünyasına çağırış səsləndirib.

Türkiyədə GÜNEŞ Vakfınının təşkil etdiyi və Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş ictimai xadimlər,alimlər,ziyalılar,QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə təşkilatın rəhbəri Prof. Dr. Alpaslan Ceylan millət vəkili Q.Paşayevanın Türk Dünyasının birliyi istiqamətində çalışmalarını təqdir etdiklərini deyib və gənc nəsillərimizin birlik və bərabərlik ruhunda yetişməsi üçün hamımız birlikdə çalışmalarımızı daha da artırmalıyıq söyləyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanda və Türkiyədə şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq deyərək sözlərinə başlayıb və Türk dünyası aydınlarına, şair, yazar və KİV-lərinə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib. Bizim dədələrimiz, Azərbaycan türkləri Çanakkalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər sizin, bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, aydınlar, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil". deyərək bitirib. Tərbirin sonunda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına Azərbaycanla bağlı materialları və araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları "Karabağ hikayeleri" kitabını hədiyyə edib və onları maraqlandıran sualları cavablandırıb.

Xəbər 795 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR