Qaxdakı bu əlil uşaqlarla kimsə maraqlanmır - ürək parçalayan VİDEO

Qaxdakı bu əlil uşaqlarla kimsə maraqlanmır   - ürək parçalayan VİDEO

Deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Əmbərçay kəndində yaşayan köməksiz ailələri ziyarət edib

Anadangəlmə qüsurlu doğulmuş azyaşlı uşaqları olan ailələri ziyarət edən Əhməd Şahidov onların sosial təminatı ilə maraqlanıb, əlil uşaqların müalicəsi və qayğıları ilə yaxından tanış olub. 

İlk olaraq, müəllim ailəsini ziyarət edən deputatlığa namizəd iki fiziki qüsurlu övladı olan ananın qayğılarını dinləyib. 16 yaşlı oğlunun ağır xəstə olduğunu bildirən ana təcili olaraq, bir əlil arabasına ehtiyacı olduğunu, övladının xaricdə müalicə edilə biləcəyini bildirib. Qızının isə gözlərinin qüsurlu olduğunu bildirən ana yerli məmurlardan heç bir köməklik görmədiyini deyib.

Daha sonra digər ailəni ziyarət edən Əhməd Şahidov 11 yaşlı oğlan uşağının xəstəliyi ilə maraqlanıb, imkansızlıq ucbatından ailənin öz övladını müalicə etdirə bilmədiyini öyrənib.

Xəbər 1383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR