Prezidentlə sakinlərin söhbətində Abdin Fərzəliyevdən anlaşılmaz əl hərəkəti – VİDEO

Prezidentlə sakinlərin söhbətində Abdin Fərzəliyevdən anlaşılmaz əl hərəkəti – VİDEO

Aktual.az "TV7 Azerbaijan”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevvə birinci xanımMehriban Əliyevaoktyabrın 1-də Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Daha sonra Prezident və birinci xanım parkda istirahət edən sakinlərlə görüşüb, səmimi söhbət ediblər. Sakinlər yaradılan şəraitdən məmnun olduqlarını, göstərilən diqqət və qayğıdan dolayı Prezidentə təşəkkür ediblər.

Görüşdə Prezidentə xüsusi təşəkkür edən sadə, ağsaqqal vətəndaş öz ürəyindən keçən səmimi sözləri Prezidentə söyləyib. Bundan sonra Nərimanov icra başçısı Abdin Fərzəliyev həmin vətəndaşa danışmağı dayandırması üçün arxadan əl hərəkəti etməyə başlayıb. Bu anlaşılmaz hərəkət isə rəsmi kanalın video qeydiyyatına düşüb. Sosial şəbəkələrdə başçının bu addımı sərt tənqid olunub. İcra başçılarının əlindən zara gələn əhaliyə Preizdentlə danışmaq qadağasını kim və niyə qoyur? Ətraflı TV7.az-ın sujetində!

7NEWS.az

 

Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR