Titanik gəmisi yenidən hazırlanır

Titanik gəmisi yenidən hazırlanır

Avstraliyalı milyarder Klayv Palmer "Titanik 2” gəmisini yaratmaq fikrinə düşüb.
Aktual.az xəbər verir ki, bu barədə "Deyli Meyl” məlumat yayıb.
Laynerin yeni versiyasının 2027-ci ildə ilk səyahətinə çıxacağı gözlənilir.
Palmerin sözlərinə görə, onun layihəsi orijinaldan daha yaxşı olacaq. 56 min ton yerdəyişmə qabiliyyətinə malik doqquz göyərtəli gəminin dəyəri 1 milyard dollar qiymətləndirilir. Gəmi 2500-ə qədər sərnişin daşıya biləcək.
Onun tikintisinə isə 2025-ci ilin qışında başlanacağı gözlənilir.
"Titanik 2” həmçinin bütün müasir avadanlıqlarla, ən son naviqasiya və təhlükəsizlik sistemləri ilə təchiz olunacaq.
Qeyd edək ki, "Titanik” gəmisi 1912-ci il aprelin 14-də axşam saatlarında aysberqlə toqquşub və batıb. Laynerinin faciəvi ilk səyahətindən yalnız 712 sərnişin sağ qalıb.
Xəbər 243 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR