"O şərəfsizin ekstradisiyası gecikməməlidir!” - DEPUTAT


"Hesab edirəm ki, Baş Prokurorluğun müvafiq şöbəsi xaricdə yaşayan vətən xaini Tural Sadıqlının ekstradisiyası ilə bağlı xüsusi aktivləşməlidir və bu şərəfsizin, binamusun çəkdiyi videolarda səslənən iftiralar, təhqirlər onun hazırda məskunlaşdığı ölkənin hüquq-mühafizə orqanlarına təqdim edilməlidir. Çünki hər şeyin bir həddi var. Belə olmaz. Azərbaycanın ən ləyaqətli insanları bu "qanıpozuq”un səhifəsində mənəvi terrora məruz qalır. Kimsə bunun qarşısını almalıdır. Azərbaycanın peşəkar prokurorları, istintaqçıları Turalın məskunlaşdığı ölkəyə ezam edilməli və onun Azərbaycana gətirilməsi, təhvil verilməsi istiqamətində görülən işlər, atılan addımlar daha da intensivləşməlidir".
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Atası burda hədyanlar danışır, balası o tərəfdə. Xeyir ola? Kimsiz axı siz? Nə vermisiz, ala bilmirsiz? Nədi dərdiniz? Sizə kim ixtiyar verib ki, söz azadlığını təhqir azadlığına çevirəsiz? Sizə kim o cürəti verib ki, ağlınıza və ağzınıza gələni bu qədər rahat şəkildə danışasız?

Turalı qoruyanlar kimdir? Kimdirsə ifşa edək. Ölkənin adını çəkək. Faktlar təqdim edək. Ortalığa sübutlar qoyaq. Yox əgər verməkdən, qaytarmaqdan, ekstradisiyadan imtina etsələr, o zaman həmin imtinanı da ifşa edək! Və bütün dünyaya göstərək ki, filan cinayətkarın, filan biqeyrətin, filan ləyaqətsizin arxasında bax bu dövlət dayanır! Onun cinayətlərini bax bu dövlət stimullaşdırır!

"Facebook”, "İnstaqram” və digər sosial şəbəkə platformalarının rəhbərlərinə də bu canilərlə bağlı rəsmi şəkildə müraciət olunmalı və belə cinayətkar dəstələrin, şəbəkələrin nəzarətində olan səhifələrin Azərbaycanda deaktiv olması üçün tədbirlər görülməlidir.

Bu "əl kukla”larını, bu agentləri, bu anti-milli ünsürləri ölkəyə bir-bir deyil, cüt-cüt tutub gətirmək lazımdır. Tural Sadıqlını da, Kardaşyanın varisi Sevinc Osmanqızını da, digərlərini də. Üstəlik, gec olmadan! – deyə millət vəkili fikirlərinə davam edib.
Xəbər 182 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR