Prezidentdən daha bir fərman - Protokol təsdiq edildi

Prezidentdən daha bir fərman   - Protokol təsdiq edildi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycan Respublikasında saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında 2015-ci il noyabrın 24-də Bakı şəhərində imzalanmış Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə bu fərmanda göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək, Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurasına bildiriş göndərmək tapşırılıb. 

Aktual.az

Xəbər 646 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR