Prezident Milli Olimpiya komandası üzvlərini təltif etdi (SİYAHI)

Prezident Milli Olimpiya komandası üzvlərini təltif etdi (SİYAHI)

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Aktual.az xəbər verir ki, sərəncamla XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər:

1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Stadnik Mariya Vasilyevna

2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Ağayev Rəfael Mahir oğlu
Əliyev Hacı Azər oğlu
Zaretska İrina İqorevna

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Alfonso Dominguez Loren Berto Berto
Kindzerska İryna
Hüseynov Rafiq Radik oğlu

3-cü dərəcəli "Əmək” ordeni ilə
Ağayev Aslan Loğman oğlu
Əzimzadə Elman Süleyman oğlu

"Tərəqqi” medalı ilə
Cəfərov Vüsal Səfa oğlu
Məmmədov Anar Vahid oğlu
Məmmədov Orxan Rasim oğlu
Məmmədov Rəşad Nizami oğlu
Hüseynov Radik Rafiq oğlu
Tarakanov Aleksandr Petroviç
Horta Dominguez Humberto

Dövlət başçısı həmçinin Azərbaycan Milli Olimpiya komandası üzvlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Abdullayev Namiq Yədulla oğlu
Bəşirov Yaşar Eyyub oğlu
Morozov Denis Valeryeviç
Musayev Füzuli İsa oğlu
Tağıyev Qurban Vaqif oğlu
Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR