Fransanın sabiq prezident Nikolas Sarkozi saxlanıb.
Modern.az saytı "Reuters" agentliyinə istinadən xəbəır verir ki, Sarkozi polisə ifadə verməyə aparılıb.
Məlumatlara görə, N. Sarkozi 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün saxlanılıb
Hüquq-mühafizə orqanları onun 2007-ci il prezident seçkiləri ilə bağlı kampaniyasına Liviyanın keçmiş lideri Muammer Qəddafi tərəfindən dəstək verilməsi ilə bağlı məlumatları yoxlayır.
Yayılan məlumatlarda o da bildirilir ki, müstəntiqlər hazırda Sarkozinin 2-ci müddəti üçün namizədliyini irəli sürdüyü və Fransua Ollanda uduzduğu 2012-ci il seçki kampnaiyasını da yoxlamağa başlayıblar.
Qeyd edək ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.
Xəbər 467 dəfə oxunub.