Paytaxt məktəblərində istiliklə bağlı vəziyyət necədir? (AÇIQLAMA)

Paytaxt məktəblərində istiliklə bağlı vəziyyət necədir? (AÇIQLAMA)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü "Azəristilik" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

Aktual.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, ümumi təhsil müəssisələrinin istilik təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, hər il noyabrın 15-dən başlayır və aprelin 15-dək davam edir:

"BŞTİ tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ilində payız-qış mövsümünə hazırlığının yoxlanılması məqsədilə öncədən ilkin monitorinqlər aparılır, müəssisələrə sorğular yönləndirilir. Cari il ərzində istilik sistemlərində təmir işləri aparılmış müəssisələrdə sistemin işlək olması yoxlanılır. Monitorinq zamanı qazanxanalar, istilik xətləri, radiatorlar yoxlamadan keçirilir və aşkarlanmış nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görülür.

Tüstü çıxan boruların təmizlənməsinə, sıradan çıxmış radiatorların, dövriyyə nasoslarının dəyişdirilməsinə, istilik xətlərinin yenilənməsinə və bəzi məktəblərin qazanxanalarında qazın təzyiqinin artırılmasına olan ehtiyaclar ümumiləşdirilərək Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinə müvafiq qaydada müraciət olunur və təxirəsalınmaz tədbirlər görülür.

Monitorinqlər zamanı təhsil müəssisələrinin istilik sistemlərindəki müəyyən edilmiş problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlərlə yanaşı, sistemdə qarşıya çıxan cari problemlərin aradan qaldırılması da diqqət mərkəzində saxlanılır".
Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR