Partlayışda yaralananlarla bağlı yeni məlumat

Partlayışda yaralananlarla bağlı yeni məlumat

Müdafiə Sənayesi Nazirliyi Şirvanda baş verən partlayışda xəsarət alanlarla bağlı yeni məlumat yayıb.

Qurumdan  daxil olan məlumata görə, “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti Müdafiə Sənayesi Nazirliyi tərəfindən diqqətdə saxlanılır.

Bildirilir ki, həkim nəzarətində müalicələrinin davam etdirilən üç nəfərdən biri də evə buraxılıb, qalan ikisinin isə müalicəsi davam etdirilir.

Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. 

Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR