“Oskar”ın gizlin nominantı: Əli Kərimli!” – Deputat Elşən Musayevin yazısı...

“Oskar”ın gizlin nominantı: Əli Kərimli!” – Deputat Elşən Musayevin yazısı...

Demək, Universiteti yenicə bitirib Prokurorluq orqanlarında işləyən vaxtlarımdı. Gecə növbəsində qalmışıq. Birdən informasiya aldıq ki, ərazidə ölümlə nəticələnən çox ağır cinayət hadisəsi törədilib. Təbii, hadisə dərhal icraata götürüldü və istintaq qrupu anındaca hadisənin baş verdiyi məkana doğru yön aldı. Çatdıq. Ətrafa sükut çökmüşdü. Ortalıqda boğuq bir mənzərə vardı. Qətlin həyata keçirildiyi və boya ilə lokalizə olunmuş asfaltın üzərində yaşlı ata 3 güllə ilə öldürülmüş oğlunun başı altına haradansa tapdığı döşəkcəni qoyub, onun qanlı köynəyinə sarılıb için-için ağlayırdı...

İş başladı. Trayektoriyalar müəyyən olundu. Ballastik ekspertizadan sonra silahın, kolibrin, səsboğucunun koordinatları müəyyən edildi. Əlqərəz, hər şeyin izinə düşüldü, bir tək əsas subyektaj – cinayətkarın özündən savayı! Və...qətl edilən şəxsin atası hər dəfə otağa girəndə sinəmiz dağ olurdu. Yazıq baxışlarla üzümüzə, gözümüzə zillənib sanki imdad diləyirdi ki, "qurban olum sizə, oğlumun qatıllərini tapın...”

Uzağa gedib, təfərrüatlara varıb sizləri yormayacam. Sonucda məlum oldu ki, qatıl elə atanın özü imiş. Oğlu buna böyük biznesindən qəpik də pul vermirmiş, atanı hər yerdə içki düşkünü, narkoman olduğuna görə yamanlayırmış. Ona görə də plan cızılıb - onu aradan götürmək və hər şeyə sahiblənmək!

Məlum hadisə ilə bağlı əsas yadımda qalan və beynimə pərçimlənən tablo bilirsinizmi nədir? – Kişinin sifəti və real atmosfer! Təbii, ifşadan öncəki durumu nəzərdə tuturam. Təsəvvür edin, adam hər dəfə prokurorluq binasına yaxınlaşanda balacadan böyüyə, vəzifəsizdən-vəzifəliyə qədər hamı onu bərk-bərk qucaqlayıb səbr diləyirdi, mənən yanında olduğunu bildirirdi, əl uzadırdı, dəstək verirdi, öpürdü-bağrına basırdı, dərdinə şərik olmağa çalışırdı...

***

Son mitinqdən sonra Əli Kərimlinin yazıq və köməksiz görüntüsü mənə niyəsə məhz o qatil kişinin simasını xatırlatdı. Səbəbini bilmirəm. Fəqət, vicdanıma and olsun, ciddən deyirəm. Gözlərim önündə eyni presedent dövr etdi. Dayanmadan. Üstəlik, eyni baxışlar, eyni reaksiyalar, eyni təlaş, eyni jestlər... Bəlkə də belə məqamlarda hüquqşünas intuisiyam və ya kriminalist praktikam köməyə gəlir – növbəti dəfə təkrarlayıram - səbəbi özümə də məlum deyil. Amma inanın, hiss edirəm, açıqca görürəm bunu. Adam oynadı! Aktyorca deyil, aktyorun belə heyrət edəcəyi formada oynadı. Mükəmməlcə oynadı. İlk dəfə ssenaridə çizilmiş rolunu ekspromt improvizələrlə bəzəyərək (gerçəkdən) "4+4” lük oynadı.

Və oynamağa davam edir...

əli kərimli ile ilgili görsel sonucu

Cəmil Həsənli deyir ki, bayıra çıxmamışdım. Çünki döyülən vaxtım deyil. Gözəl Bayramlı ortada görünmədi. Gültəkin toy makiyajı edib günortadan Sevincin efirində oturmuşdu və...diqqət edin, "Milli Şura”nın rəhbərliyindən sadəcə küçəyə Əli Kərimli çıxdı. Bir də sadəlöhv Tofiq. Vəssalam. Niyə? Çünki ssenaridə hərəyə bir rol yazılıb. Əsas və epizodik rollar var!

Düşünün: Təxminən 9 aydır razılaşdırılmış mitinq icazəsi yoxdur. Amma nə vaxtki razılıq verilir, təxribat və icazəsiz aksiya da onda düzənlənir. Səbəb? Məntiq? Elektoratmı artdı? Payız həvəsimi gəldi? Normalda həmin reaksiyanı məhz icazə verilmədiyi anda sərgiləmək daha normal, daha adekvat olmazdımı, görünməzdimi?

Konstitusiyanın 49-cu maddəsinə durmadan, israrla istinad edilir. Oysa, Əli Kərimliyə, onun dəstəkçilərinə sual edirəm: Həmin qanunun paktlar və digər əlavə sənədlər üzərindən təsvirini niyə oxumursunuz bəs?. Metronun 200 metrlik həndəvər ərazisinin təklükəsizlik zolağı olması haqda müddəanı - paktı axı YAP deputatları deyil, AXC-Müsavat iqtidarının Parlamenti qəbul edib. Bundandami xəbərsizsiniz? Və ya həmin 49-cu maddənin sütun hissəsinə baxın. Cümlənin tam ortasından ”ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə ...” – bəndi keçir. Bunudamı görmədiniz? Digər bir nüans: Bu deyəcəyimi gülçatay– filan bilməsə də ən azından Əli Kərimli hüquqşünasdır – o bilməlidir: Sərbəst toplaşmaq azadlığı əsas və fundamental azadlıqlar olsa belə məhdudlaşdırılması qadağan edilən hüquq və azadlıqlar kateqoriyasına aid deyil. Yəni, qanunla məhdudlaşdırıla bilər. Üstəgəl, bütün dünyada, yerli və beynəlxalq- hüquqi aktlarda məlum hüququn həyata keçirilməsinə məhdudiyyət qoyulması üçün nəzərdə tutulan əsaslar eynidir.1)Milli təhlükəsizlik və asayiş naminə.2)İğtişaşın və cinayətin qarşısını almaq üçün.3)Sağlamlığın və mənəviyyatın qorunması üçün.4)Digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.

Yoxsa siz elə bilirsiniz ki, 49-cu maddəni əldə rəhbər tutub binaların damlarında, bulvardakı hovuzların tən ortasında, muzeylərdə, avto-dayanacaqlarda da mitinq, aksiya keçirmək olar? Gedin kitab oxuyun da, gedin mütaliyə edin də. Bilmədiyiniz mövzuda öz ayıbınıza, savadsızlığınıza kor olmaq əvəzinə qanunvericiliyi niyə təhrif edirsiniz ki?

***

Anladıq, zədə almısan. Başında sarıq var. Amma tikişlərin yaxın məsafədən reklamı nə idi? O fotonu yaymaq, tirajlamaq tapşırığı nə idi? Anlayırsanmı ki, bu hətta 11 yaşlı birinin belə zehniyyət məhsulu ola bilməz? Ən uzağı həyatı dərk etməyən 3-4 yaşlı uşaq yarasını hər dəfə açanda ətrafdakılara göstərər və deyər ki, baxın, "uf” olmuşam. Vəssalam. Başqa kimsə. Sən isə siyasətçisən. Ən azəndan özün belə deyirsən. Oysa, qurtarmaq lazımdır bu saxta ağlaşmanı. Yara ilə, tikişlə, saxta iztirabla deyil, ağılla, məntiqlə, platforma ilə, seçki gücü ilə çıxmaq lazımdır meydana. İmtina eləmək lazımdır - molla Sevincin cümə axşamlarından, sosial şəbəkələrdəki yas çadırlarından. Vaz keçmək lazımdır - ucuz manevrlərdən, göz yaşı tandemi üzərindən şəxsinə ünvanlanan: "başın sağ olsun” – sədəqəsindən, Oskar mükafatçılarının belə heyrət edə biləcəyi sentimental səhnələri düz – qoş eləməkdən!

Zaman dəyişib, bəy. Artıq 21-ci əsrdir. Kolxoz dövrü geridə qaldı. Ta camaat çörəyi qulağına yemir. Ta xaindən qəhrəman düzəltmək olmur. Ta atalar uşaqlarına "kombayn” adı qoymur!

***

Məlum kontekstdə ən çox: "Polis heç cinayətkarla belə davranmır”- fikri səslənir. Cinayətkarla? Qanun pozmaq, insanları açıq qarşıdurmaya səsləmək, elə məhz 49-cu maddənin buyurduğu normaya – ictimai qaydaya və ictimai əxlaqa hayqırıda bulunmaq bəlkə ictimai-siyasi həyata verilən böyük töhfə, müjdə, qatqı imiş, elədiyiniz alqışlanası, gül-çiçəklə qarşılanası hərəkət imiş, sadəcə bizim xəbərimiz yoxmuş? Cinayət deyilmi bu? Dövlət əleyhinə olan cinayət cinayətlərin ən böyüyü deyilmi?

"Milli mənafe hər şeydən önəmlidir...”, "Millətim üçün fəda olsun....” "Millətimə yüz mənim kimi can qurban...” – radikal müxalifət liderinin dilindən muncuq kimi süzülən sözlərdir. Nə deyirəm. Olsun. Təftiş etməyəcəm. Amma bir zəhmət və tək xahiş. Lütfən onu da açıqlayın:Söhbət hansı millətdən və dövlətdən gedir?

Çün, bildiyim qədər xam dəhlizlərin, qapalı otaqların, namərd sövdələşmələrinin, separat telefon danışıqlarının "milli” adına və "milli" sözünün etiologiyasına qətiyyən aidiyyəti yoxdur.

Ona görə soruşdum.

Dəqiqləşdirmək üçün.

elşən musayev ile ilgili görsel sonucu

Elşən Musayev, Milli Məclisin deputatı

Xəbər 966 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR