“Gültəkin Kərimliyə tövsiyyəm budur ki..” – Partiya sədri

“Gültəkin Kərimliyə tövsiyyəm budur ki..” – Partiya sədri

"Gültəkin Hacıbəyli yenə vicdansızcasına status yazıb, məntiqsiz və arqumentsiz bir formada Azərbaycan hakimiyyətini ittiham edib, hədyanlar yağdırıb. Bu siyasət buqələmununun fikrincə və düşüncəsincə Azərbaycan rəsmiləri guya heç bir zaman Fransaya etiraz etməyib, susqun qalıb və məsələləri kənardan müşahidə edib. Bəs əslində belədirmi? Əlbət ki, yox. Elə deyil!  Gültəkin Hacıbəyli yenə gözünün içinə qədər yalan söyləyir və öz nadanlığına davam edir” – Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Məncə bu anti-milli ünsürü bundan sonra Gültəkin Kərimli adlandırmaq lazımdır. Çünki artıq Əli Kərimlinin jarqonlarından istifadə edir, Əli Kərimlinin ağzı ilə danışır, Əli Kərimlinin barmaqları ilə yazır. Əlqərəz, tam əlikərimliləşib və beləcə həm də...manqurtlaşıb.

Gültəkin Kərimliyə tək tövsiyyəm odur ki, özünə kənardan baxsın. Barı bir dəfə. Baxsın və utansın. Utanıb yerə girsin. Çünki rəzilliyin, ikiüzlülüyün, yaramazlığın, satqınlığın bundan o tərəfi, bundan ötəsi yoxdur!” - deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 2994 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR