“Biz müdafiə olunmalı deyildik”

“Biz müdafiə olunmalı deyildik”

Qüdrət Həsənquliyev: "İşğaldan zərər çəkən tərəf kimi ciddi tələblərlə çıxış etməli idik”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına açıqlamasında Ermənistanın tələbi ilə BMT Təhlükəsizlik Şurasında da "Laçın dəhlizi” ilə əlaqədar keçirilən müzakirələrə münasibət bildirib.
 
BAXCP sədri deyib: "Bu, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və Qarabağda dövlət suverenliyinin bərpa olunması istiqamətində daha qətiyyətli addımların atılmasına imkanlar yaranması baxımından Azərbaycanın böyük diplomatik uğurudur. Azərbaycan diplomatlarının,dövlət hakimiyyət orqanlarının, parlamentdəki işçi qrupların apardığı gərgin iş öz bəhrəsini verdi. Ermənilər anladılar ki, onların köhnə hiyləgərlikləri artıq keçmir.
Müzakirələr zamanı təəssüf doğuran hal ondan ibarət oldu ki, Azərbaycanı genosid törətməkdə və etnik təmizləmə siyasəti aparmaqda ittiham edən Ermənistan xarici işlər nazirinə cavabında Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistanın bir miyon insanı, o cümlədən 200 minə qədər azərbaycanlını Ermənistandan tarixən yaşadığı torpaqlardan qovmasından, onların böyük bir qisminin bu gün də acınacaqlı həyatından, Ermənistanın bu gün də davam edən mina terroru nəticəsində həyatını itirənlərdən,düzgün mina xəritələrinin Azərbaycana verilməməsindən, Qarabağda 900-ə qədər yaşayış məskəninin yer üzündən silinməsindən,ermənilərin törətdiyi Xocalı soyqırımından, müharibə və ekoloji cinayətlərindən, 4000 -ə qədər insanın basdırıldığı yerlər barədə bu günə qədər Azərbaycana düzgün məlumat verilməməsindən, 10 noyabr Bəyənnaməsinin tələblərinə uyğun olaraq Naxşıvana maneəsiz gediş-gəlişin Ermənistan tərəfindən təmin edilməməsindən danışmadı”.
 
Qüdrət Həsənquliyev qeyd edib ki, Yaşar Əliyev çıxışına bu günkü vəziyyətin Ermənistanın Azrərbaycana ərazi tələbi ilə təcəvüzü nəticəsində yarandığı, müharibə səbəbindən 10 minlərlə insanın həyatını itirdiyi faktlarından başğamağa borxlu idi:
 
"Bunun təsdiqi kimi Qarabağın Ermənistana birləşdirilməsinə dair Ermənistan parlamentinin qərarı da nümunə kimi göstərilə bilərdi. O, Ermənistanın Azərbaycana bərpa üçün kompensasiya ödəməsi məsələsini, müharibə cinayətlərinə dair xüsusi tribunalın yaradılması məsələsini gündəmə gətirə bilərdi. Biz müdafiə olunmalı deyildik, işğaldan zərər çəkən tərəf kimi ciddi tələblərlə çıxış etməli idik”.

Xəbər 3299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR