Novxanı dəniz çimərliyində oğurluq etdilər

Novxanı dəniz çimərliyində oğurluq etdilər

Novxanı dəniz çimərliyində oğurluq olub.

Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı dəniz çimərliyində E.Əsgərova, M.Mürşüdova, E.Məhərrəmzadəyə və M.Pəncəliyevə məxsus ümumilikdə 105 manat pul, 2 ədəd qol saatı və 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Mirheydər Kərimov tutulub. 

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyulun 17-də Novxanı dəniz çimərliyində S.Quluzadəyə, H.Hüseynova və S.İmanova məxsus 35 manat pul, 2 ədəd mobil telefon və geyim əşyaları oğurlaması da müəyyən edilib. 

Xəbər 1117 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR