MTN İŞİD-ə qoşulan azərbaycanlı ana və qızlar haqda danışdı - VİDEO - FOTO

MTN İŞİD-ə qoşulan azərbaycanlı ana və qızlar haqda danışdı   - VİDEO - FOTO

"İlqar Yusifovun mətbuata verdiyi açıqlamalar cəfəngiyatdır!"

Aktual.az anspress-ə istinadən bildirir ki, bu sözləri Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı həyat yoldaşı və iki azyaşlı qızı ilə birgə İŞİD-ə qoşulan İlqar Yusifovun mətbuata danışdıqlarını şərh edərkən bildirib.

"Onun bütün danışdıqları cəfəngiyatdır. Mən buna cavab verə bilmərəm"

Məsələ ilə bağlı açıqlama verən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da bu barədə movqeyinin olmadığını bildirib: "Mən bu barədə heç nə deyə bilmərəm".

Bakı şəhər sakini 38 yaşlı İlqar Yusifov müraciət edərək öz ailə dramını danışıb. İlqarın həyat yoldaşı Pərvanə, qızları Nəzrin və Lalə ilə birgə artıq 5 aydır ki, Azərbaycanı tərk edərək Suriyaya gedib və orada İŞİD terror qruplaşmasına qoşulub.

İlqar Yusifovun sözlərinə görə, o, 2003-cü ildə Pərvanə adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən 2 qız övladı olub. İ.Yusifov deyir ki, ailəsi ilə 2009-cu ilə qədər xoşbəxt yaşayıb. Lakin həmin ildən sonra ailədə problemlər yaranıb. Belə ki, Xırdalan qəsəbəsindəki qonşuları Əfsanə və Məlik Rəsulovlar ailəsi vəhhabilərə məxsus cərəyana qoşulub. Qonşuların təsiri ilə Pərvanə Yusifova da onlara qoşulub. Bundan sonra, P.Yusifova qızlarını Suriryaya yollanıb.

İ.Yusifov iddia edir ki, məsələ ilə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinə (MTN) müraciət etsə də bu araşdırılmayıb. Baş Prokurorluq və MTN isə bu iddiaları əsassız sayır.
Milli.Az aznews.az-a istinadən bildirir ki, Yusifov İlqar adlı Bakı sakininin şikayəti MTN əməkdaşlarının daha bir neçə qanunsuz əməllərini ifşa edir.

38 yaşlı İ.Yusifov 2003-cü ildə Pərvanə adlı xanımla ailə həyatı qurub. Onların bu evlilikdən 2 qız övladı - Nəzrin və Lalə - var. Ailə 2009-cu ilə kimi normal həyat tərzi sürüb. Sözügedən ildə Xırdalan qəsəbəsindəki qonşuları Əfsanə və Məlik Rəsulovlar ailəsi vəhhabilərə məxsus cərəyana qoşulub. Onları vəhhabilərə qoşan adam Ə.Rəsulovanın Səxavət adlı bibisioğlu olub ("Eurovision" mahnı müsabiqəsi zamanı Azərbaycanda terror hadisələri törətməkdə və prezident İlham Əliyevin həyatına sui-qəsd planlaşdırmaqda təqsirləndirilən silahlı birləşmənin üzvü Xalıqov Səxavət Mirağa oğlu - red). Ailənin təsiri ilə Pərvanə Yusifova da "dindarlığ"a cəlb edilib.

NAMAZ, HİCAB VƏ SURİYAYA QAÇIŞ ÜÇÜN HAZIRLIQ

P.Yusifova əvvəlcə namaz qılmağa başlayıb. Daha sonra isə hicab bağlayıb. Əri İlqarın etirazlarına baxmayaraq, qadın qoşulduğu şəxslərdən əl çəkməyib.

2009-cü ildən 2014-cü ilə kimi ailə arasında münaqişələr olsa da, ər-arvad bir yerdə yaşayıblar. 2014-cü ildə İ.Yusifov yoldaşının vəhhabilərə qoşulduğunu öyrənib. Onun müəmmalı yazışamalarını görən İlqar arvadına xəbərdarlıq edib. Bir qədər sonra İlqar həyat yoldaşının ondan gizlin ərəb kursuna getdiyindən xəbər tutub və bunun qarşısını almağa çalışıb. Bu isə illərlə ərindən "bezmiş" qadın üçün qığılcım rolunu oynayıb. P.Yusifova 2014-cü ilin yanvarın 30-da uşaqlarını da götürərək evdən çıxıb.

ARVADINDAN MTN-ə ŞİKAYƏT

Gecə İlqara İlham adlı şəxsdən müəmmalı zəng gəlib. İlham İlqarı Qaraçuxura dəvət edib və bildirib ki, əgər onların əqidəsini qəbul edərsə, ailəsinin yanında olacaq. Əks halda ailəsindən uzaq qalacaq. Onların dedikləri ilə razılaşmayan İlqar çarəni Milli Təhlükəsizlik Nazirliyinə şikayətdə görüb. MTN-ə şikayət olunacağını eşidən Pərvanə yenidən ailəsinə qayıdıb.

İKİNCİ MƏRHƏLƏ: QADIN EVİ BİRDƏFƏLİK TƏRK EDİR VƏ...

Aprel ayında Pərvanə Yusifova yenidən ərini tərk edir və anasıgilə qayıdır. May ayında isə rəsmən boşanmaq üçün məhkəməyə müraciət edir. Yoldaşının qızları ilə birlikdə ölkəni tərk edəcəyindən şübhələnən İ.Yusifov aidiyyəti qurumlara - hüquq mühafizə orqanlarına müraciət edib və P.Yusifovanın İŞİD-ə qoşulduğunu və Suriyaya qaça biləcəyini bildirib. Qurumlar isə onu bir-birinə yönləndirib və ailə məsələsi olduğunu əsas "gətirərək", başlarından etməyə çalışıblar.

İlqarın sözlərinə görə, kimə müraciət etsə də, ona qarşı biganə münasibət göstəriblər.
İlqar qızlarını analarından almaq üçün məhkəməyə müraciət edib. Həyat yoldaşının evinə baxış keçirən Abşeron rayon İcra Hakimiyyəti və məhkəməsi Pərvanə Yusifovanın xeyrinə qərar çıxarıb və qızların analarında qalmalarına dair qətnamə qəbul olunub.

POLİSİN NƏZARƏTİNDƏ OLAN QADININ MÜƏMMALI QAÇIŞI

Amma buna baxmayaraq, İlqarin müraciətləri nəticəsində Binəqədi rayon 6-cı polis bölməsinin nəzarətə götürdüyü Pərvanə Yusifova 2015-ci ilin may ayında ölkədən qaçmağı bacarır. Suriyaya gedib İŞİD üzvlərinə qoşulan Pərvanə ərinə oradan videolar göndərir, özləri ilə bağlı məlumatlar yazır. O, qızlarının əlində avtomat, bomba olan şəkilləri də İlqara göndərir.

Qızlarını geri qaytarmaq ümidi ilə ata Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən tutmuş, MTN-ə kimi hər yerə müraciət edir. Videoları göstərir, telefon nömrələrini verir. Bildirir ki, uşaqlarına ölkədən çıxış üçün icazə vermədiyi halda, onları apara biliblər. MTN-in onunla əməkdaşlıq edən və vədlər verən işçilərinin də İlqardan üz döndərməsi çarəsiz atanın ayaqlarını yerdən üzür.

SURİYAYA QAÇAN QADIN İŞİD ÜZVÜNƏ ƏRƏ GEDİR...

İlqarın telefonuna rusca yazılmış səs yazısı göndərilir. Danışığından İŞİD üzvü olduğu görünən bir kişi Pərvanənin ərdə olduğunu deyir.

Ən dəhşətli məqam isə bütün bunlarla yanaşı İlqarın təhdid olunmasıdır: "Bu nömrəyə bir daha yazma. Bu ərli qadının telefonudur. Elə etmə ki, başını elə oradaca kəsdirək".

// Aktual.az

Xəbər 10328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR