Mirşahindən sərt açıqlama - “Onları məhkəməyə verəcəyəm”

Mirşahindən sərt açıqlama   - “Onları məhkəməyə verəcəyəm”

ANS-in vitse-prezidenti Mirşahin Ağayev həyat yoldaşı Səbinə Heydərovanın işdən çıxarılması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, Mirşahin Ağayev haqqında yayılan məlumatlarla bağlı mətbuata geniş açıqlama verəcəyini bildirib. O, həyat yoldaşının işdən çıxarılması haqda məlumat yayan saytları məhkəməyə verəcəyini deyib.

“Bu xəbərlərlə bağlı geniş açıqlamam olacaq. Onu qeyd edim ki, bu məlumatları yayanları məhkəməyə verəcəyəm”.

Qeyd edək ki, ölkə.az saytının yaydığı məlumata görə, Mirşahin Ağayevin həyat yoldaşı Səbinə Heydərova ANS TV-dəki işindən ayrılıb.

Saytın yaydığı məlumata görə, eyni zamanda ANS-də “Böyük Seva” kimi tanınan Sevda Həsənova da işdən çıxıb. Məlumatda qeyd edilir ki, hər iki şəxsin işindən ayrılmasına səbəb ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevlə münasibətlərinin pisləşməsidir. 

Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR