Milli Məclis ilin son iclasına toplanır -28 məsələyə baxılacaq

Milli Məclis ilin son iclasına toplanır   -28 məsələyə baxılacaq

Bu gün Azərbaycan Milli Məclisinin 2015-ci ildə son iclası keçiriləcək.

Aktul.az AzVision.az-a istinadən xəbər verir ki, iclasının gündəliyinə 28 məsələ daxildir.

Belə ki, son iclasda İnzibati Xətalar Məcəlləsində, Əmək Məcəlləsində, “Diplomatik xidmət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Fövqəladə Hallar orqanlarında xidmət keçmək haqqında”, “Polis haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” “Prokurorluq orqanlarında qulluq keçmək haqqında”, “Avtomobil yolları haqqında”, “Təhsil haqqında”, “KİV haqqında” və digər qanunlara dəyişikliklər ediləcək.

“Publik şəxslər haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılacaq.

Həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciəti təsdiq ediləcək.

Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR