Metro pulsuz kurs keçəcək

Metro pulsuz kurs keçəcək

"Bakı Metropoliteni" QSC növbəti ödənişsiz kurs elan edir.

Aktual.az Milli.Az-a istinadən  xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözləriə görə, kurslar qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsi üzrə təşkil edilir: "Kurs 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni"nin hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər".

Kursda iştirak tələbləri:

Xanımlar üçün;

• Yaş: 18-30 arası

• Boy: minimum 170 sm

• Təhsil: minimum tam orta təhsil

• Dil bilikləri:

o Azərbaycan dili - Əla

o Xarici dil bilmək arzuolunandır

• Qeydiyyat: Bakı şəhəri

Oğlanlar üçün;

• Yaş: 22-30 arası

• Boy: minimum 170 sm

• Hərbi mükəlləfiyyətli

• Təhsil: Texniki Ali

• Dil bilikləri:

o Azərbaycan dili - Əla

o Xarici dil bilmək arzuolunandır

• Qeydiyyat: Bakı şəhəri

Qeyd edək ki, kursda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" QSC-nin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdır. (http://metro.gov.az/az/career/workforus)

Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Qatarın qəbulu və yola salınması üzrə növbətçi" peşəsinin qeyd edilməsi zəruridir.

Müraciətlər avqustun 5-dək qəbul olunacaq.

Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR