Məşhur klubun baş məşqçisi həbs olundu

Məşhur klubun baş məşqçisi həbs olundu

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Zoran Mamiç 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

HİT.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis korrupsiyaya görə həbs cəzası alıb.

Klubun idman direktoru vəzifəsində də çalışan Zoran Mamiçin qardaşı Zdvarko Mamiçə isə 6,5 il həbs cəzası verilib. Zoran Mamiç törətdiyi əməli boynuna almayıb və klubdakı hər iki vəzifəsindən istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Zoran Mamiç və Zdvarko Mamiç korrupsiya və mütəşəkkil cinayətkarlıq ittihamları ilə bağlı istintaqa cəlb edilmişdi. Hər iki şəxs 2008-ci ildən indiyədək klubun büdcəsindən 17,3 milyon ABŞ dolları mənimsəməkdə ittiham olunub. Qardaşlar 1,8 milyon ABŞ dolları məbləğində vergi ödəməməkdə də günahlandırılıb.
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR