Xəzər TV-nin efirində yayımlanan və uzun illərdir tamaşaçıların böyük marağına səbəb olan "Maşın Şou”nun yeni mövsümünün nə vaxt başlayacağı ilə bağlı gözləntilər artır.
Telekanal bir müddət əvvəl "Maşın Şou”nun yeni buraxılışının tezliklə yayımlanacağı ilə bağlı anons təqdim edib. Lakin şounun dəqiq yayım tarixi, aparıcısının kim olacağı və yeni mövsümdə hansı məşhurların iştirak edəcəyi hələlik açıqlanmayıb.
Məsələ ilə bağlı Xəzər TV-nin Mətbuat xidmətindən açıqlama verilib.
Mətbuat xidmətindən saytımıza bildirilib ki, hazırda "Maşın Şou”nun yeni mövsümü ilə bağlı əlavə məlumat verilməyəcək.
"Belə bir məlumat olarsa, bildirərik”, – deyə Xəzər TV-dən qeyd olunub.
Qeyd edək ki, "Maşın” realiti-şousu ilk dəfə 2005-ci ildə Lider TV-də yayımlanıb. Layihənin müəllifi və aparıcısı hazırda Xəzər TV-nin direktoru olan Xalq artisti Murad Dadaşov olub. (modern.az)
Xəbər 44 dəfə oxunub.