ABŞ-ın İrana qarşı elan etdiyi iqtisadi təzyiq siyasəti ölkə daxilindəki böhrandan diqqəti yayındırmaq məqsədi daşıyır.
Aktual.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı X hesabında yazıb.
"Qondarma iqtisadi "D-Günü” əməliyyatı ABŞ-ın öz böhranından – görünməmiş borcdan və faiz dərəcələrinin sürətlə artmasından diqqəti yayındırmaq üçün bir manevrdir. ABŞ-ın maliyyə terrorizmi dünya iqtisadiyyatını və bütün dünyada suverenliyi təhdid edir”, - Arakçı bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı elan etdiyi iqtisadi müharibə və təcridin başlanmasını 1944-cü il iyunun 6-da Normandiyada müttəfiqlərin həyata keçirdiyi desant əməliyyatı ilə müqayisə edib.
Xəbər 33 dəfə oxunub.