Almaniya İran və Rusiyadan qaçanlar üçün xətt yaratdı

Almaniya İran və Rusiyadan qaçanlar üçün xətt yaratdı
  • DÜNYA

Almaniya kəşfiyyatı Rusiya və Çini tərk etmək məcburiyyətində qalan insanlar üçün qaynar xətt açıb.

Aktual.az xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.

Bildirilib ki, Almaniyaya qaçan və ölkələrinin repressiv hakimiyyət orqanlarının agentləri tərəfindən təhdid və ya təqib edilən insanlar artıq ölkənin daxili kəşfiyyat xidməti tərəfindən yaradılan dəstək qaynar xəttinə zəng edə bilərlər.

Almaniyanın Konstitusiyanı Müdafiə üzrə Federal İdarəsi Rusiya, Çin və ya İran kimi avtoritar ölkələrdən ölkəyə sığınan insanlar üçün qaynar xəttin broşürünü yayıb.

"Getdikcə daha çox hədə-qorxu, nəzarət, repressiya və ya hətta adam oğurluğu və sui-qəsd cəhdləri ilə üzləşən bu insanlardan quruma repressiv strategiyaları və onlara qarşı mübarizə yollarını təhlil etməyə kömək etmələri tələb olunur”, - broşürdə yazılıb.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR