Biz Macarıstana Viktor Orbanın seçkilərdə qələbə qazanacağını gözlədiyimiz üçün getmədik. Bunun doğru addım olduğunu düşündüyümüz üçün getdik.
Aktual.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.
"Əminəm ki, Macarıstanın növbəti baş naziri ilə çox yaxşı işləyəcəyik”, - o bildirib.
Qeyd edək ki, Macarıstanda 12 apreldə baş tutan parlament seçkilərində Viktor Orbanın koalisiyası uduzub və müxalif Peter Magyarın rəhbərlik etdiyi Tisa Partiyası qalib gəlib.
Xəbər 51 dəfə oxunub.