"Sosial paket dövlət büdcəsindən maliyyələşən vətəndaşların əməkhaqlarının artırılmasına xidmət edəcək. Əməkhaqqı və pensiyalar sektordan asılı olaraq 20-40 faiz arasında artırılacaq. Burada artım olaraq kifayət qədər böyük rəqəmlə ifadə olunacaq artımlardan söhbət gedir".
Bu sözləri millət vəkili Vüqar Bayramov "ARB24"də yayımlanan "İş vaxtı" verlişində bildirib.
Deputat əlavə edib ki, orta aylıq əməkhaqqının və pensiyaların artması ilə sosial proqramlara ayrılan vəsaitin həcmini artrımış olacaq.
Xəbər 1656 dəfə oxunub.