Kanadanın Baş naziri Mark Karni Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ölkəsinə Avropa İttifaqının assosiativ üzvü statusunun verilməsi barədə təklifini alqışlayıb.
Aktual.az xəbər verir ki, bu barədə M.Karni Avropa Parlamentində bildirib.
"Kanada bu ambisiyaları alqışlayır. Sorğular göstərir ki, kanadalıların böyük əksəriyyəti Avropa ilə əhəmiyyətli dərəcədə sıx əlaqələri dəstəkləyir", - o qeyd edib.
M.Karninin sözlərinə görə, gələcəyin alyansı tərəflərin öz ortaq güclü cəhətlərinə və dəyərlərinə əsaslanaraq birgə müəyyən edəcəkləri unikal və müsbət yanaşmanı ifadə edir.
Daha əvvəl fon der Lyayen Aİ və Kanada arasındakı Hərtərəfli İqtisadi və Ticarət Sazişinin (CETA) çərçivəsindən kənara çıxmaq və Kanadanın Aİ-nin ilk assosiativ üzvü olmasına qapı açaraq gələcəyin alyansını yaratmaq niyyətində olduğunu bildirmişdi.
Xəbər 33 dəfə oxunub.