Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir.
Bu barədə Aktual.az-a DSX-dan məlumat verilib.
Bildirilib ki, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu qismində xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.
Namizədlər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər:
- Müddətli həqiqi hərbi xidmət keçmiş;
- 30 yaşadək, fiziki cəhətdən sağlam;
- Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olan kişi namizədlər müraciət edə bilər.
Xəbər 39 dəfə oxunub.