Ölkədəki sürüşmə sahələrində vəziyyət - TƏHLÜKƏ VARMI?

Ölkədəki sürüşmə sahələrində vəziyyət   - TƏHLÜKƏ VARMI?

Respublika ərazisində mühüm sürüşmə zonalarında may ayına olan vəziyyət açıqlanıb.

Aktual.az  bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya deyib ki, Bakının Səbail, Xətai, Suraxanı və Yasamal rayonları ərazisində olan sürüşmə sahələrində aktivlik qeydə alınmayıb. 

O bildirib ki, Abşeron rayonunun Masazır sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən mövcud çatların üzərində 2,5-3,2 sm enində genişlənmə müşahidə olunub.
 
Baş geoloq əlavə edib ki, Astara rayonu ərazisində Deqədi-Pəlikəş avtomobil yolunun 5-7-8-10-cu kilometrliklərində sürüşmə sahələrində ay ərzində atmosfer yağıntılarının normadan artıq düşməsi səbəbindən aktivləşmə qeydə alınıb: "Bundan başqa, Lerik-Veri-Əliabad sürüşmə sahəsinin kütləsi üzərində mövcud çatlarda aktivlik qeydə alınıb. Eyni zamanda, Lənkəran-Lerik yolunun 27-29-cu, 45-47-ci kilometrliklərində uçqun-sürüşmə prosesi baş verib. Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyi sürüşmə sahəsində aktivlik qeydə alınıb, uçqun-töküntü hadisəsi baş verib".
 
Ə.Piriyevin sözlərinə görə, Cəlilabad, Göygöl, Qobustan və Gədəbəy rayonlarındakı sürüşmə sahələrində sabitlik müşahidə olunub: "Quba-Qonaqkənd yolunun 37-40-cı, Quba-Xınalıq yolunun 37-46-cı kilometrliyində quraşdırılmış topoqrafik reperlərin üzərində nisbi hərəkət müşahidə edilib, yamacda uçqun hadisəsi baş verib. Qusar-Sudur yolunun 37-ci kilometrliyində sürüşmə sahəsindəki müşahidə reperlərində dəyişiklik qeydə alınıb, atmosfer çöküntülərinin təsirindən mövcud sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik qeydə alınıb".     
 
Baş geoloq qeyd edib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsində də aktivlik baş verib: "Bakı-Ağsu magistral yolunun 132-156-cı kilometrliyindəki sürüşmə sahəsində proses aktivləşib, nəticədə uçqun-töküntü hadisəsi qeydə alınıb. Eyni zamanda, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində çatlarda genişlənmə qeydə alınıb. İsmayıllı rayonunda Xankəndi sürüşmə sahəsində ay ərzində aktivləşmə müşahidə olunub". 

Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR