Konstitusiya Məhkəməsində kredit borcları müzakirə olunub

Konstitusiya Məhkəməsində kredit borcları müzakirə olunub

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

İclas kredit borclarının hansı məzənnə ilə qaytarılması bilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsinin müraciətinə həsr olunub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu gün Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. İclasda manatın devalvasiyadan sonra vətəndaşların banklara olan kredit borcunun hansı məzənnə ilə qaytarılması ilə bağlı məsələ müzakirə olunub.

Məhkəmədə tərəflər və ekspertlər dinlənilib. Qeyd edilib ki, məhkəmə məsələ ilə bağlı yaxın zamanlarda qərar qəbul edəcək və qərar elan olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi, o cümlədən manatın devalvasiyadan sonra vətəndaşların banklara olan kredit borcunun hansı məzənnə ilə qaytarılması ilə bağlı məsələnin həlli soruşulur.

Konstitusiya Məhkəməsindən bildirmişdilər ki, hazırda bir sıra məhkəmələrdə bu məsələ ilə bağlı şikayətlərə baxılır və məhkəmə icraatı başlanıb: "Bu halda məhkəmələrin hansı mövqe tutmalı olduqları ilə bağlı isə Konstitusiya Məhkəməsi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, o cümlədən məhkəmələr üçün məcburi xarakter daşıyır. Odur ki, məhkəmə qərarlarının obyektiv və hüquqi cəhətdən əsaslı olmasının vacibliyini nəzərə alaraq, məhkəmələr qeyd edilən məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yekun qərarını gözləməlidirlər".

Xəbər 1900 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR