Köhnə əşyalarını ver, insanlığı yaşat! – İmkansız şəxslərə yardım etmək istəyənlər QOŞULSUN!

Köhnə əşyalarını ver, insanlığı yaşat!   – İmkansız şəxslərə yardım etmək istəyənlər QOŞULSUN!

Azərbaycanda imkansız şəxslərə yardım etmək məqsədi ilə yeni kampaniyaya start verilib.

Aktual.az  xəbər verir ki, kampaniyada iştirak etmək istəyən şəxslər öz istifadə etmədikləri istənilən işəyarar əşyalarını kimsəsiz və imkansız şəxslərə yardım məqsədi ilə bağışlaya bilərlər.

Elan.az” saytının “İmkansızlara yardım” adı altında başlatdığı sosial yardım kampaniyası qısa zaman ərzində sosial şəbəkələrdə böyük marağa səbəb olub. Saytda bu məqsədə ayrıca bölmə də yaradılıb. (Bu likdə: http://www.elan.az/az/ads/ev_ucun/imkansizlara_yardim?all)

Yardım kampaniyasına qoşulmaq istəyən şəxslər bunun üçün “elan.az” saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Bundan sonra ianə ediləcək əşyanın (patlar, texniki avadanlıq və.s) fotosunu sayta yükləməyiniz kifayətdir.

Yardımsevər şəxslərin bağışladığı bu əşyalar “Elan.az” saytının əməkdaşları tərəfindən imkansız şəxslərə çatdırılacaq və bununla bağlı saytda məlumatlar yerləşdiriləcək.

Qeyd edək ki, bu kampaniya Azərbaycanda imkansız şəxslərə yardım məqsədi ilə təşkil edilən ilk genişmiqyaslı sosial layihədir.

Xəbər 843 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR