Köhnə dövlət qeydiyyat nişanlarında “defis” silinibsə, cərimə yazılır?

Köhnə dövlət qeydiyyat nişanlarında “defis” silinibsə, cərimə yazılır?

Məlum olduğu kimi, Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına dair AZS 599:2025 dövlət standartına edilmiş yeniliklərə əsasən, avtomobil nömrələrində hərf və rəqəmlər arasındakı "defis”  işarəsi də ləğv olunub. Lakin köhnə avtomobil nömrələrindən istifadə edən sürücülərin bəziləri qeydiyyat nişanında "defis”in silindiyi halda cərimə olunduqlarını iddia edirlər.
Aktual.az xəbər verir ki, bu barədə Pravda.az-ın suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, köhnə nömrələrə görə cərimə mümkün deyil.
Ə.Hüseynov qeyd edib ki, hazırda mövcud standartlara uyğun olaraq dövlət qeydiyyat nişanları "defis”sizdir: "Buna görə də köhnə nömrələrdə hər hansı səbəbdən "defis” yoxdursa, yaxud kimsə onu səliqəli təmizləyib, silibsə, nömrənin başqa heç bir yerinə zərər dəyməyibsə, rəqəmlər və digər hissələr yerində aydın şəkildədirsə, təkcə "defis” yoxdursa, buna heç bir cərimə ola bilməz”.
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR