Kazanda orta məktəbə silahlı hücum: 7 şagird, 1 müəllim həlak oldu (VİDEO)


Rusiyanın Kazan şəhərində orta məktəbə silahlı hücum zamanı 8 nəfər həlak olub.

Aktual.az xəbər verir ki, bu barədə Tatarıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tatarıstan prezidenti Rüstəm Minnixanov hadisə yerində jurnalistlərə açıqlamasında orta məktəbə silahlı hücum zamanı 8-ci sinif şagirdləri olan 7 uşağın həlak olduğunu, onlardan dördünün oğlan, üçünün qız olduğunu söyləyib. Həlak olanlardan biri isə müəllimdir.

Hadisə nəticəsində 16 nəfər yaralanıb.

Qeyd edək ki, Tatarıstan Respublikasının Kazan şəhərinə orta məktəbdə silahlı insident baş verib. Naməlum şəxslər təhsil müəssisəsində atəş açıblar. Məktəbdə partlayış da baş verib.

Xəbər 3681 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR