İşləyənlərin diqqətinə - Avqustun qeyri-iş günləri

İşləyənlərin diqqətinə - Avqustun qeyri-iş günləri

Azərbaycanda avqust ayında rəsmi bayram və ya anım günü nəzərdə tutulmadığından qeyri-iş günləri yalnız həftəsonlarına təsadüf edəcək.

Aktual.az xəbər verir ki, belə ki, beşgünlük iş həftəsi ilə çalışanlar üçün avqust ayında ümumilikdə 10 qeyri-iş günü və 21 iş günü olacaq.

İstirahət günləri şənbə və bazar günlərinə – 1-2, 8-9, 15-16, 22-23 və 29-30 avqust tarixlərinə düşür.

Altıgünlük iş həftəsi tətbiq olunan müəssisələrdə isə ay ərzində 5 qeyri-iş günü nəzərdə tutulur. Bu halda istirahət yalnız bazar günlərinə təsadüf edir.

Beləliklə, avqust ayında əlavə rəsmi tətil və ya bayram günü olmayacaq. (milli.az)
Xəbər 73 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR