ABŞ Prezidenti Donald Tramp Ukraynanın döyüş meydanındakı son uğurlarından, xüsusən də dron imkanlarından və Rusiyaya qarşı müqavimətindən təsirləndikdən sonra Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı daha müsbət münasibət bəsləyir.
Aktual.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal” məlumat yayıb.
Məlumata görə, münasibətlərin yaxşılaşması Zelenski və Avropa liderlərinin əvvəllər gərgin olan əlaqələri bərpa etmək üçün aylarla apardıqları diplomatik səylərdən sonra baş verib.
Bir vaxtlar Ukraynanın uduzacağına inanan və Zelenskini tənqid edən Tramp indi onu daha güclü bir lider kimi görür və Rusiya Prezidenti Vladimir Putinə şübhə ilə yanaşır.
Xəbər 55 dəfə oxunub.