Berlində "Christopher Street Day” yürüşünün iştirakçılarına mikroavrobusla hücumla əlaqədar aparılan istintaq zamanı terror aktını törətməkdə şübhəli bilinən Abdül B.-nin mobil telefonunda İŞİD qruplaşmasına sədaqət andını əks etdirən video aşkarlanıb.
Aktual.az xəbər verir ki, bu barədə bir sıra yerli media qurumları Almaniya Federal Baş Prokurorluğuna istinadla məlumat yayıb.
Bildirilib ki, videoda tam maskalanmış şəxs İŞİD-ə sədaqət andı içir. İstintaq hələ başa çatmasa da, müstəntiqlər görüntüdəki şəxsin böyük ehtimalla Abdül B. olduğunu hesab edirlər. Bununla belə, videoda planlaşdırılan hücumla bağlı hər hansı birbaşa çağırış və ya istinadın olmadığı qeyd edilir.
Hazırda hüquq-mühafizə orqanları videonun terror qruplaşmasına göndərilib-göndərilmədiyini və hadisə ilə əlaqəsini araşdırır. İstintaq Almaniya Federal Baş Prokurorluğunun nəzarəti altında davam etdirilir.
Xəbər 86 dəfə oxunub.