Lukaşenkoya Ukraynadan şok: Cinayət işi...

Lukaşenkoya Ukraynadan şok: Cinayət işi...

Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofisi respublikanın baş prokuroruna Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı cinayət işinin qaldırılması məsələsinə baxılması təklifi ilə müraciət edib.

Aktual.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna Prezidentinin ofisi bununla müxalifətçilərin Belarus Demokratik Qüvvələri Forumunun müraciətinə reaksiya verib. Həmin forum may ayında Zelenskidən Lukaşenkonun "hərbi cinayətlər və dövlət terroru"na görə məsuliyyətə cəlb edilməsinə nail olmağı xahiş etmişdi.

Agentliyin məlumatına görə, hazırda Belarus prezidentinin Ukrayna məhkəməsi qarşısına çıxacağı ilə bağlı heç bir perspektiv yoxdur, lakin ona qarşı istənilən ittiham Kiyev və Belarus müxalifəti tərəfindən Qərbin ona təzyiq göstərməyə davam etməsi üçün arqument qismində istifadə oluna bilər.

İyunun 25-də Lukaşenko bildirmişdi ki, bu yaxınlarda Minskdə Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndələri ilə görüş keçirib. Belarus liderinin sözlərinə görə, o, həmin şəxslərdən xahiş edib ki, Ukrayna rəhbərinə Minskin münaqişəyə cəlb olunacağı təqdirdə "müharibənin keyfiyyətinin dərhal dəyişəcəyini" çatdırsınlar.
Xəbər 68 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR