Şəxsi heyətimizin fədakarlığı nəzərə alınmadı. Dövləti millətə qarşı qoymağa çalışan hər cür əxlaqsızlıq nümayiş etdirildi. Son həftələrdə açıqlanan məlumatlar və sənədlər hamımıza 6 fevral zəlzələləri zamanı dövlətə və millətə qarşı hansı əməliyyatların həyata keçirildiyini açıq şəkildə göstərir.
Aktual.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu, ədəbsiz insanların kənardan necə cəfəngiyat danışdıqlarını göstərir. Bu, kimin hansı pozulmuş münasibətlərdə iştirak etdiyini ortaya qoyur. Zəlzələdən siyasi və iqtisadi mənfəət üçün istifadə edənlər indi ədalət qarşısında cavabdehdirlər.
Dezinformasiyanın bütün formalarına qarşı mübarizəni milli təhlükəsizlik məsələsi hesab edirik. Bu gün dezinformasiya cəmiyyətlərin birliyini və etibarını zəiflədən bir amilə çevrilib. Dezinformasiyaya qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”, - o bildirib.
Qeyd edək ki, sözügedən istintaq çərçivəsində "Ahbap" dərnəyinin təsisçisi, müğənni Haluk Levent və Babala TV-nin yaradıcısı Oğuzxan Uğur həbs olunub. "Ahbap” dərnəyi 6 fevral zəlzələlərindən sonra həyata keçirdiyi yardım fəaliyyətləri və topladığı ianələrlə ictimaiyyətin diqqət mərkəzində olub.
Xəbər 42 dəfə oxunub.