”İslahatçı Gənclər” İctimai Birliyi 10 yaşını qeyd edir

”İslahatçı Gənclər” İctimai Birliyi 10 yaşını qeyd edir

Fərid Şahbazlı: "Liderimizə və məqsədimizə daima sadiq qalacağıq"


İyun ayının 1-də 2006-cı ildə “Gənc Liderlər” Uşaq Təşkilatı kimi fəaliyyətə başlayan, 2011-ci ildən etibarən “İslahatçı Gənclər” İctimai Birliyi adı altında dövlət qeydiyyatına alınmış formada çalışan gənclər birliyinin  10 yaşı tamam olur. 

Birliyin ad günü ilə bağlı fikirlərini bölüşən İB sədri Fərid Şahbazlı söyləyib ki, məktəbli ikən çox böyük ümidlərlə yaratdıqları bu təşkilat hazırda ölkəmizin ən iddialı və strukturlaşmış təşkilatlarından biridir:

“Biz bu illər ərzində 730-a yaxın müxtəlif istiqamətli layihə və tədbirlər reallaşdırıb, gənclər sektorunda özümüzə məxsus yer tuta bilmişik. Hazırda birliyimizin iki ölkədə, üç bölgədə, 10 universitetdə təmsilçilikləri fəaliyyət göstərir. Fəaliyyətimiz boyu kəmiyyətə deyil, keyfiyyətə üstünlük verdiyimizdən, təşkilatın sıralarında ölkəmizin yüzlərlə intellektual və dövlətçiliyə bağlı gənci birləşib. 10 il ərzində dünyanın 6 ölkəsində, ölkəmizin 30 rayonunda müxtəlif tədbirlər təşkil edib, çoxsaylı konfranslarda iştirak etmişik. “İslahatçı Gənclər” İctimai Birliyi eyni zamanda ölkə mediasının da ən çox diqqət göstərdiyini təşkilatlardandır. Hesab edirəm ki, 10 illik fəaliyyətimiz cəmiyyətin müxtəlif təbəqələri tərəfindən çox böyük etimad və diqqətlə qarşılanır. Təsadüfi deyil ki, bu gün onlarla millət vəkili, dövlət məmurları, ziyalılar təşkilatımızın Fəxri üzvləri sırasında cəmləşib. Biz bu illər ərzində birliyimizə dəstəyini əsirgəməyən hər kəsə çox minnətdarıq”.

Fərid Şahbazlının sözlərinə görə, onlar bütün fəaliyyətləri boyu daim dövlətçilik mövqeyindən çıxış edib və ölkə prezidenti İlham Əliyevin siyasi xəttini müdafiə ediblər: “Liderimiz və məqsədimiz aydındır. Biz dövlətimizin inkişafını yalnız Ulu Öndər Heydər Əliyevin ideyalarında və Cənab Prezident, Azərbaycan gəncliyinin ən böyük dostu və himayədarı İlham Əliyevin reallaşdırdığı alternativi olmayan siyasi kursda görürük. Liderimizə və məqsədimizə daima sadiq qalacağıq!"

Xəbər 710 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR