İranda hərbi paradda terror törədildi, ölənlərin sayı 10-a çatıb - YENİLƏNDİ

İranda hərbi paradda terror törədildi, ölənlərin sayı 10-a çatıb - YENİLƏNDİ
  • DÜNYA

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zaman törədilən terror nəticəsində ölən hərbçilərin sayı 10-a çatıb, 21 nəfər yaralanıb, 2 terrorçu zərərsizləşdirilib .

"Report” "Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu Əhvaz əyaləti valisinin siyasi məsələlər üzrə müavini bildirib.

*** 
 İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində 7 hərbçi ölüb, 2 terrorçu zərərsizləşdirilib .

"Report” xəbər verir ki, məlumatı "Tasnim” agentliyi yayıb.
Bildirilib ki, terrorçulardan ikisi hadisə yerindən qaçıb.
Terror törədənlər barədə hələ ki, rəsmi məlumat verilməyib.

****
 İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

"Report” xəbər verir ki, bu məlumatı Türkiyə KİV-ləri yayıb.
Qeyd edək ki, sentyabrın 22-də "Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən bu tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.
Bu tədbirə körfəzdə və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb. 
 
Aktual.az
Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR