Çingiz Abdullayev: "Əsgər Abdullayevə yenə şans veriləcək"

Çingiz Abdullayev:
  • İDMAN

Oyun haqda siz özünüz danışsanız məsləhətdir".

Aktual.az-ın məlumatına görə, bunu "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev "Xəzər Lənkəran"ı səfərdə 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra deyib.

Qələbəyə sadəcə sevindiyini bildirən Ç.Abdullayev qış fasiləsinədək flaqmanın baş məşqçi postunda Əsgər Abdullayevin çalışacağını açıqlayıb:

"Qələbə ilə başlamaq çox yaxşı oldu. Qarşıdakı oyunlarda nəticələrə baxıb qış fasiləsinədək qələbələri sıralamaq, yaxşı nəticə ilə yollanmaq istəyirik. Əsgər müəllim Müşahidə Şurası üzvlüyünü donduraraq, komandaya baş məşqçi kimi kömək edir. O, növbəti oyunlarda da baş məşqçi kimi davam edəcək. Samir Əliyev oxumağa getdiyindən, bu addımı atmalı idik. Yeni baş məşqçimiz qış fasiləsində tam müəyyənləşəcək".

Aktual.az

Xəbər 590 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR