Polşa Prezidenti Karol Navroçki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Nyu-Yorkda qılınc hədiyyə edib.
Aktual.az xəbər verir ki, bu barədə Polşa Prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Ərdoğanın iyul ayında Ankarada keçirilən NATO sammiti zamanı Polşa prezidentinə təqdim etdiyi üzərində adı həkk olunmuş revolverin ardınca Navroçki də Nyu-Yorkda Türkiyə liderinə Polşa qılıncı hədiyyə edib.
"Ankarada revolver, Nyu-Yorkda isə Polşa qılıncı”, – deyə Pşidaç paylaşımında qeyd edib.
Qeyd edək ki, iyulun 7-8-də Ankarada keçirilən NATO sammitindən sonra Ərdoğan iştirakçı dövlətlərin bir sıra liderlərinə üzərində adları həkk olunmuş revolverlər hədiyyə edib. Hədiyyə qutularında odlu silahla yanaşı, patronlar da olub.(modern.az)
Xəbər 48 dəfə oxunub.