İndoneziya Azərbaycanla vizasız rejim tətbiq edir

İndoneziya Azərbaycanla vizasız rejim tətbiq edir

Cari ilin noyabrın 1-dən Azərbaycan vətəndaşları İndoneziyaya vizasız səfər edə biləcəklər.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu İndoneziyanın Bakıdakı səfirliyindən deyiblər.

Turizm məqsədilə İndoneziyaya səfər edən Azərbaycan vətəndaşları ölkədə 1 ay ərzində vizasız qala biləcəklər. Vizasız rejim yalnız turistlərə şamil ediləcək.

Vizasız rejimin tətbiqi barədə qərar iki ölkə arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi, Azərbaycandan turizm axınının artımı üçün qəbul edilib.

Yeni qaydalara əsasən, Azərbaycandan gələn turistlərin pasportlarında İndoneziya ərazisində 30 gün ərzində (bu müddəti artırmaq və qalma statusunu dəyişdirmək hüququ olmadan) qalmağa icazə verən ştamp qoyulacaq. Bununla belə, ödəniş alınmayacaq.

Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR