“İmtahanların pullu olması üçün Tarif Şurasına müraciət ediləcək”

“İmtahanların pullu olması üçün Tarif Şurasına müraciət ediləcək”

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) fəaliyyəti dövründə dövlət tərəfindən hər il büdcədən 7 milyon manata yaxın vəsait ayrılırdı. Onun 5 milyona qədəri imtahanların keçirilməsinə xərclənirdi”.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin direktoru Məleykə Abbaszadə imtahanların ödənişli keçirilməsi ilə bağlı suala cavab verərkən deyib.

O bildirib ki, yeni yaradılmış Dövlət İmtahan Mərkəzi dövlət tərəfindən maliyyələşdirilməyəcək.

“Bizə sifariş verən tərəf ödənişi etməlidir. Hər bir abituriyentə 25 manat pul xərclənirdi. Bu pulu dövlət ödədiyindən normal qəbul edilirdi. Lakin imtahana gəlməyib məsuliyyətsizlik edənlər olurdu. Sınaq imtahanlarına görə də 3 manat ödəniş edilirdi. Lakin həmin sınaq imtahanlarına da hər abituriyent üçün 25 manat xərclənirdi. Regionlarda sınaq imtahanlarının təşkili daha çox xərc tələb edirdi. Lakin həmin sınaq imtahanlarına da qeydiyyatdan keçib gəlməyənlər çox olurdu. Eləcə də, bugünkü imtahanda da 715 nəfər buraxılış fərəqəsini götürməyib. Vərəqini götürüb imtahana gəlməyənlər də olacaq”.

M.Abbaszadə bildirib ki, 11 illik təhsil ödənişsiz olduğundan buraxılış imtahanları da ödənişsiz olacaq. 


“Lakin digər imtahanlara çəkilən xərci dövlət ayıracaq ya yox, bunu bilmirik. Bu imtahanları dövlət sifariş verməsə, bu ödənişli ola bilər. Çünki həmin imtahanlarda iştirak vacib deyil. Bizim üçün fərqi yoxdur ki, ödənişi kim edəcək. Çünki biz sifariş qəbul edirik. Əslində bizim imtahanlar üçün müəyyən etdiyimiz vəsait digər ölkələrdən çox aşağıdır”.

M.Abbaszadə onu da vurğulayıb ki, bununla bağlı Tarif Şurasına müraciət ediləcək:

“Lakin hansı qərar qəbul ediləcəyi bizdən asılı deyil. Külək əsdiyinə görə bizi günahlandırmaq doğru deyil. Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının əməkdaşları dövlət qulluğuna qəbul olunmuş şəxslərdir. Dövlət İmtahan Mərkəzi yeni yaranmış qurumdur və büdcə müəyyən edilməyib. Artıq həmin işçilərin də maaşı yenidən müəyyən ediləcək. Biz həmin mütəxəssisləri itirmək istəmirik. Onların da maaşlarını təmin etməliyik”.

M.Abbaszadə imtahanların ödənişli olmasının qəbul imtahanda iştirak edəcək şəxslərin sayına təsir edəcəyini düşünmədiyini deyib:

“Ödəniş imtahanın növündən asılı olaraq dəyişəcək. Məsələn rezidentura imtahanına əlavə professor və müəllim heyəti cəlb olunur. Ekspertlər səhər 08:00-dan imtahana gəlirlər. Biz istəyirik ki, həmin şəxslər ədaləti təmin etsin. Ədaləti təmin etmək üçün onlar maaş almalıdırlar. Ödənişli təhsilin pulunu verə bilən valideyn, yəqin həmin imtahanın da pulunu verəcək. Biz hələ ki, xərclərimizi müəyyən edib, hökümətə vermişik”.

Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR