İlham Əliyev Həsən Ruhaniyə zəng etdi

İlham Əliyev Həsən Ruhaniyə zəng etdi

İran prezidenti Azərbaycana səfərə dəvət olundu.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyətelefonla zəng edib. 

Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

Telefon danışığı zamanı prezident İlham Əliyev İrana səfəri zamanı ona və rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Həsən Ruhaniyə təşəkkür edib və səfərin nəticələrindən çox məmnun olduğunu bildirib.

Qeyd edilib ki, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yeni səhifəsi açılıb.

Danışıq zamanı tərəflər, həmçinin ikitərəfli və regional əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Prezident İlham Əliyev Həsən Ruhanini bir daha Azərbaycana səfərə dəvət edib.

Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR