Hava limanında Əməkdar artistin qızının brilyantlarını oğurladılar

Hava limanında Əməkdar artistin qızının brilyantlarını oğurladılar

Əməkdar artist Kubra Əliyevanın qızı Sevilin Bakıda hava limanında çantası oğurlanıb.

Aktual.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər verilişində məlumat verib. O qeyd edib ki, çantada pul, qızıl əşyaları olub.

Proqramda qonaq olan aktrisa məsələni təsdiqləyib. K.Əliyeva bildirib ki, hadisə bir neçə gün əvvəl baş verib:

"Qızımı Türkiyəyə yola salırdım. Hava limanında qapıdan yola salanları içəri buraxmırlar. Bir polisdən xahiş etdim ki, qızıma kömək etsin. Çünki əməliyyat olunmuşdu. Beş dəqiqə keçmədi qızım zəng vurdu ki, ana, pulqabımı oğurladılar".

K.Əliyeva bununla bağlı polisə müraciət etdiklərini və əşyaların tapıldığını vurğulayıb:

"İndi xəbər etdilər ki, pulqabı tapılıb. Hələ gedib götürməmişəm. Hava limanının polis idarəsinə müraciət etdim. Təşəkkür edirəm, operativ hərəkət etdilər. Hər bir şey içindədir. Orada yoldaşından yadigar brilyant üzük var idi. Arasında mənim də ona bağışladığım əşya var idi".
Xəbər 4748 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR