Rusiyada muzdlu fəaliyyətə görə məhkum edilmiş amerikalı Stiven Habbard ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putindən xahişi nəticəsində azadlığa buraxılıb.
Aktual.az xəbər verir ki, bu barədə Tramp "Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, bununla bağlı ötən həftə Putinlə telefon danışığında xahiş irəli sürülüb.
"Stiven evə qayıdır və tezliklə öz ailəsinin yanında olacaq. Prezident Trampa hörmət əlaməti olaraq, ABŞ bunun qarşılığında qarşı tərəfə heç bir şey verməli deyil. Bu Rusiya üçün misli görünməmiş hadisədir. Bu azadedilmə üçün heç bir "svap” lazım olmadı”,-Tramp qeyd edib.
Qeyd edək ki, sözügedən şəxsin Rusiya həbsxanasından azadlığa buraxılması ilə bağlı qərar Vladimir Putin tərəfindən verilib.
Xəbər 67 dəfə oxunub.