Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan
  • DÜNYA

Ermənistanın dəmir yolları Rusiyanın idarəçiliyində qalsa, bu, "Tramp marşrutu”na da mane ola bilər.

Aktual.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın "Respublika” partiyasının siyasi şurasının üzvü Anahit Adamyan deyib.

O hesab edir ki, ölkənin dəmir yolu Rusiya idarəçiliyində qalsa, proses sürünə-sürünə davam edəcək:

"Rusiyanın Ermənistan üzərində hansı təsir rıçaqları var? Lars sərhəd-keçid məntəqəsi - istədiyi vaxt bağlayıb aça, kənd təsərrüfatı məhsullarında nə desən, aşkarlaya bilər. Artıq bundan istifadə edirlər. İstifadə etmədiyi yalnız bir rıçaq qalır - qaz. Dəmir yolunu və Atom Elektrik Stansiyasını qurban verməklə Rusiyaya siyasi terror üçün daha bir alət veririk. Rusiyanın qaydaları ilə oynasaq, dəmir yolumuz heç kimə lazım olmayacaq”.

Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə toxunan Adamyan bildirib: "Rusiya sərhədçiləri Ermənistan ərazisində olduğu müddətdə Türkiyə ilə sərhəd açılmayacaq”.
Xəbər 59 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR