Rusiya ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun ziyarətindən sonra 74 yaşlı amerikalı Stiven Habbardı azadlığa buraxıb.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Habbard Ukrayna uğrunda döyüşdüyünə görə mübahisəli ittihamlarla dörd ildən çox həbsdə qalıb.
Uitkoff Putinə təşəkkür edib. Putin Habbardın Pulkovo hava limanında olduğunu açıqlayıb.
Xatırladaq ki, bundan öncə Habbardın azadlığa buraxılması üçün Tramp Putinə çağırış etmişdi.
Qeyd edək ki, 7 oktyabr 2024-cü ildə Moskva Şəhər Məhkəməsi Habbardı muzdlu əsgər kimi silahlı münaqişədə iştirak etdiyinə görə 6 il 10 ay müddətinə həbs etmişdi.
Xəbər 52 dəfə oxunub.