Gəncədə rektorlardan tələbələrə TƏHDİD: “YAP-ın namizədinə səs verməsəniz...”

Gəncədə rektorlardan tələbələrə TƏHDİD: “YAP-ın namizədinə səs verməsəniz...”


 


Gəncədə yerləşən universitetlərin rektorlarının tələbələrə hədə-qorxu dolu "seçki təlimatı” verdikləri bildirilir.

Secki.net-ə daxil olan məlumata görə, Gəncədə fəaliyyət göstərən ali məktəblərin rektorları 9 fevral növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədi Pərvin Kərimzadəyə səs vermələri ilə bağlı tələbələrə "təlimat” verib.

Məlumata əsasən, universitet rektorları tələbələrdən fevralın 9-da seçki məntəqəsinə gedərək, YAP-ın namizədinə səs verməyən tələbələri ali məktəbdən qovmaqla hədələyiblər.

Qeyd olunur ki, rektorlar bu tələblərinin yerinə yetirilməsini yoxlamaq üçün "orijinal” üsul da fikirləşiblər.

Onlar səsverməyə qatılacaq tələbələr qarşısında seçki bülletenində məhz Kərimzadəyə səs verdiklərini təsdiqləyən "fotosübut”u da universitet rəhbərliyinə təqdim etmək şərtini qoyublar.

Bu informasiya Gəncədə yerləşən unniversitetlərin rəhbərlərinin seçkilərin nəticələrinə müdaxilə etmək və saxtakarlığa əl atmaq hazırlığında olduqlarını göstərir.

Qeyd edək ki, YAP-ın 37-ci seçki dairəsindən namizədi Pərvin Kərimzadə Gəncə Dövlət Universitetinin prorektorudur.


Xəbər 1934 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR