FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib

FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində dənizdə nəzarətsiz ərazidə vətəndaşın batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1957-ci il təvəllüdlü Quliyev Sadiq Qubad oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.
Xəbər 112 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR