Bu yaxınlarda Yekaterinburqda Ermənistan və Rusiyanın baş nazirləri arasında mühüm söhbət baş tutub.
Aktual.az xəbər verir ki, bunu rusiyalı senator Vladimir Cabarov deyib.
"Ermənistanda vəziyyət çətindir. Bilirsiniz ki, bu yaxınlarda Yekaterinburqda baş nazirlərin görüşü oldu. Prinsipial söhbət aparıldı və Ermənistanın öz mövqeyini müəyyənləşdirməli olduğu dəqiq şəkildə bildirildi. Qlobal qeyri-sabitlik şəraitində Ermənistanın sağ qalma şansı Rusiya ilə dostluq və Aİİ-yə üzvlüyünü qorumaqdır. Biz konkret addımları izləyəcəyik. Məhsullarını sata bilməyən fermerlər artıq narazılıqlarını bildirirlər. Biz xalqdan qisas almağa hazırlaşmırıq, amma başa düşməliyik ki, bizim öz maraqlarımız var”, - o bildirib.
Qeyd edək ki, Rusiya Ermənistandan bir çox məhsulun idxalına qadağa qoyub.
Xəbər 51 dəfə oxunub.